Azərbaycan parataekvondoçuları fevralın 8-də keçiriləcək Türkiyə açıq beynəlxalq turnirində mübarizə aparacaqlar.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) dayanq üzərinə çıxacaqlar.
Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.
Taekvondo üzrə millimizin baş məşqçisi açıqlanıb
İmaməddin Xəlilov ən yaxşı seçildi
Qaşım Maqomedov feyr-pley mükafatının sahibi olub
Qaşım Maqomedovun dünya reytinqində mövqeyi dəyişməyib
Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb