Vətən müharibəsi qazisi, ehtiyatda olan mayor Həşim Həşimov vəfat edib.
Publika.az xəbər verir ki, qazi bu gün Gəncə şəhərində dünyasını dəyişib.
Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Qeyd edək ki, bir neçə ay əvvəl H.Həşimovun bir ayağı amputasiya edilib.