AZ

"Ukraynada müvəqqəti atəşkəs qəbuledilməzdir" - Mariya Zaxarova

Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi ilə bağlı nəzəriyyələr irəli sürülərkən, Rusiya Xarici İşlər Nazirliyi müvəqqəti atəşkəs variantını rədd etdi.    Manset.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlamasında "Müvəqqəti atəşkəs və ya hərbi əməliyyatların dondurulması qəbuledilməzdir. Bu, Qərbin Ukraynanın silah gücünü artırmasına səbəb olacaq. Bu, silahlı qisas axtarışına səbəb ola bilər" deyə bildirib. Ukraynadakı müharibənin ancaq hüquqi qüvvəyə malik razılaşma ilə bitə biləcəyini deyən Zaxarova müəyyən mexanizmlərlə münaqişələrin yenidən başlanmasının qarşısının alınması lazım olduğunu bildirib. Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün keçirilməsi planlaşdırılan sülh danışıqları ilə bağlı hər hansı bir irəliləyiş olmasa da, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın görüşünün vaxtı müəyyənləşməyib.

 

Seçilən
25
50
manset.az

10Mənbələr