AZ

"Araz-Naxçıvan"ın hücumçusunun zədəsinin son vəziyyəti necədir? - AÇIQLAMA

Dünən Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

"Araz-Naxçıvan" - "Zirə" matçının 12-ci dəqiqəsində birincilərin braziliyalı hücumçusu Ramon Maçado zədələnərək meydanı tərk edib.

Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Operativ Media"ya açıqlamasında futbolçunun zədəsinin ciddi olmadığını bildirilib.

"Ramon Maçado bu gün müayinələrdən keçirəcək, ondan sonra dəqiq diaqnoz qoyulacaq. İlkin rəy belədir ki, zədəsi ciddi deyil".

Qeyd edək ki, "Araz-Naxçıvan" "Zirə"ni 1-0 hesabı ilə məğlub edib.

Seçilən
46
operativmedia.az

1Mənbələr