Böyük Britaniya hazırda iflas ərəfəsindədir.
Publika.az xəbər verir ki, bu barədə britaniyalı siyasətçi Devid Frost “Teleqraf” qəzetinə yazdığı məqalədə qeyd edib.
O bildirib ki, büdcənin doldurulmasının bütün mümkün yolları vəziyyəti daha da çətinləşdirir.
“İndi çıxış yolu yoxdur. Əmək xərclərini azalda və ya iqtisadi artımı stimullaşdırmaq üçün şərait yarada bilməzsiniz, vergilərin artırılması isə gəlirləri artırmayacaq", - Frost bildirib.
Siyasətçi əlavə edib ki, Böyük Britaniya xəzinəsinin kansleri Reyçel Rivz büdcə xərclərinin auditi fonunda Büdcə Təhlükəsizliyi İdarəsi ilə danışıqlara başlamaq məcburiyyətində qalıb.