Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.
Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Mərkəzi Aran Regoinal Təhsil İdarəsindən bildirilib ki, xəsarət almış şagird tibb müəssisəsinə aparılıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.