AZ

Kürdəmirdə məktəbli digər şagirdə xəsarət yetirib

Bu gün Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinin 10-cu sinif şagirdi həmin məktəbin 11-ci sinif şagirdinə xəsarət yetirib.

Məsələ ilə bağlı Mərkəzi Aran Regoinal Təhsil İdarəsinin TƏHSİL.BİZ -ə bildirilib ki, xəsarət almış şagird tibb müəssisəsinə aparılıb. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Seçilən
36
15
tehsil.biz

10Mənbələr