Demensiya xəstəliyindən əziyyət çəkən tanınmış amerikalı aktyor Brüs Uillisin danışıq qabiliyyətini itirməsi barədə məlumat yayılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya mətbuatı 69 yaşlı aktyorun qızı Tallula Uillisə istinad edib.
Lakin Hollivud ulduzunun digər qızı Rumer Uillis məlumatı təkzib edib.
O, “Loose Women” jurnalına müsahibəsində atasının vəziyyətinin stabil olduğunu, səhhətində ciddi fəsadlar olmadığını bildirib: “Vəziyyəti yaxşıdır. Hər hansı ciddi bir problemi yoxdur. Birlikdə çox vaxt keçiririk, bu da ona daha yaxşı təsir edir”.
Xatırladaq ki, 2022-ci ilin yazında Brüs Uillisin ailəsi onun aktyorluq karyerasını başa vurduğunu açıqlayıb. Buna səbəb onun nitq pozğunluğuna səbəb olan nevroloji xəstəlikdən, eləcə də demensiyadan əziyyət çəkməsi olub.
![](https://qafqazinfo.az/uploads/1738920164/Screenshot_4.png)
![](https://qafqazinfo.az/uploads/1738920164/thumb.jpg)
![](https://qafqazinfo.az/uploads/1738920164/Screenshot_1.png)