AZ

Binədə bəzi həyət evlərini basmış suyu kim qurudacaq?

Üç ay bundan əvvəl Bakıya yağmış  intensiv yağışlardan sonra Bakının  Binə qəsəbəsində  bəzi həyət evlərini su basıb.

Su, hətta evlərin zirzəmisin qədər gedib çıxıb. Elə adamlar var ki, evdə olan  yorğan- döşəyi, ərzaq malları suyun içindədir. Düz üç aydır ki, evlərə dolmuş bu suyu heç bir qurum  təmizləyə bilmir. Hərdən bir  onlar gəlib suyu  nasos vasitəsilə çəkır , bir müddətdən sonra yenə həyət və kücə su ilə dolur. İnsanlar yolu keçmək üçün uzunboğaz çəkmədən istifadə edirlər. Küçənin bəzi yerində suyun dərinliyi bir metrə çatır. Onda görə də Binə sakinlərinə kücəni keçmək üçün qayıq lazımdır.

Orada elə ev var ki, sakinlər ikinci mərtəbədən həyətə düşüb dükan- bazara belə gedə bilmir. Yaşlı bir qadın deyir ki, oğul, vallah, burda canımız çıxır, heç kim də bizə kömək etmir. Elə adamlar var ki, artıq evlərindən çıxıb başqa yerdə yaşamağa gedirlər.Mənim də gedəsi yerim yoxdur.        

Adiyyatı qurumlar isə bu günə kimi həmin sakinlərə heç bir kömək etmir və deyir ki,  orada kanalizasiya sistemi yoxdur, biz təmizləsk, yenə yağış yağanda küçəyə və həyətlərə su basır, üstəlikdə həmin yerlərdə su həyətin özündən çıxır. Amma buna baxmayaraq, yenə gücümüz nəyə çatırsa, onu edəcəyik.

Yazıq Binə  camaatı yenə  ümıd Allaha qalıb; yağış yağmasın və həyətinizi su basmasın. Çünki adiyyatı qurumlar sizin probleminizi həll edən deyil.Əgər həll etsəydilər, bu üç ayda məsələləri  yoluna qoyardılar!

Emil Faiqoğlu

Seçilən
10
adalet.az

1Mənbələr