AZ

ABŞ Tehrana qarşı yeni neft sanksiyaları tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarükünü asanlaşdırdığı iddia edilən fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyalar tətbiq edib.

Bu barədə nazirliyin açıqlamasında deyilir.

Bu, Donald Trampın Tehrana qarşı maksimum təzyiq siyasətinin tətbiqi ilə bağlı son sərəncamından sonra Vaşinqtonun ilk addımıdır.

"Bu gün Amerika  Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yüz milyonlarla dollar dəyərində milyonlarla barrel İran neftinin Çinə daşınmasını asanlaşdırdığı üçün beynəlxalq şəbəkəyə sanksiya tətbiq edib", - deyə bildirilir.

Amerika Maliyyə Nazirliyi əlavə edib ki, bu hərəkət Trampın Tehrana qarşı maksimum təzyiq barədə yeni sərəncamına uyğun olaraq həyata keçirilir.

Sanksiya siyahısına beş İran və bir Hindistan vətəndaşı daxildir.

visiontv.az



Seçilən
11
visiontv.az

1Mənbələr