AZ

Əcnəbilər Azərbaycan universitetlərinə necə qəbul oluna bilər? - QAYDALAR

Hər il Azərbaycan ali təhsil müəssisələrinə əcnəbi tələbələr qəbul olurlar.

 

Xarici ölkə vətəndaşları Azərbaycanda universitetə qəbul olmaq üçün haraya və necə müraciət etməlidirlər?

 

AzEdu.az Təhsil Portalı olaraq mövzu ilə əlaqədar Dövlət İmtahan Mərkəzinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, əcnəbilərin Azərbaycanda yerləşən ali təhsil müəssisələrinə qəbul olmağının iki yolu var:

 

“Birinci qaydada əcnəbilər özləri qəbul olmaq istədikləri ali məktəbə müraciət edib ali təhsil müəssisəsinin müəyyən etdiyi prosedurlardan keçməlidirlər. İkinci qaydada isə əcnəbilər də Azərbaycanlı abituriyentlər kimi DİM-in qəbul imtahanları vasitəsilə ali təhsil müəssisələrinə qəbul ola bilərlər.

 

Bu zaman onlar adi qaydada sənəd qəbulunda iştirak etməklə hər iki mərhələ qəbul imtahanları verib müsabiqəyə qatılmalıdırlar”.

 

Bəs, əcnəbilər universitetlərlə necə əlaqə yarada bilərlər?

 

Bu barədə Elm və Ali təhsil üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki,əcnəbi tələbələrin qəbulu //portal.edu.az/ vasitəsilə təhsil müəssisələri tərəfindən aparılır:

 

 “Portalda (istifadəçilərin şəxsi kabinetində) ixtisaslar və tələb olunan sənədlər barədə məlumat görünür. Sənəd qəbulu, ixtisaslar və digər məsələlərlə bağlı əlavə sualları yarandığı halda tələbələr təhsil almaq istədiyi universitetə müraciət edə və ya //studyinazerbaijan.edu.az/ saytına daxil olaraq məlumat əldə edə bilərlər”.

Seçilən
31
22
azedu.az

10Mənbələr