Müğənni Təranə Qumralın ifaçı qızı Qumral Musayeva uğursuz plastik prosedurun qurbanı olub.
"Uğursuz prosedur olub. Üzüm botokslanıb, donub. Bilməmişəm ki, belə bir şey edilib. Deməmişəm ki, bunu mənə edin. Başqa bir prosedur üçün getmişdim, vitaminin içərisinə botoks qatıblar. Uzanıb, durdum, 3 gündən sonra gördüm üzüm donub.
Həkimi şikayət etdim, amma o da gedib məndən şikayət verib. Sonra danışıb yoluna qoyduq".