AZ

Qəbiristanlığı su basıb - FOTOLAR

Lənkəranda intensiv yağış nəticəsində qəbiristanlığı su basıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 2 gündür Lənkəranda yağan intensiv yağışlar nəticəsində Lənkəran rayonunun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" yağış suları ilə dolub. Onlarla qəbir su altında qalıb, qəbirlərə ziyan dəyib.

FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

​​​​​​"Cebheinfo.az" 

Seçilən
29
7
cebheinfo.az

10Mənbələr