AZ

Süleyman Mikayılovun növbəti qəbulu keçirildi - Fotolar

Fevralın 7-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sahil qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Sahil qəsəbəsi sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda 80-ə yaxın qəsəbə sakini iştirak edib. Süleyman Mikayılov Sahil qəsəbə sakinlərinin 29 yanvar Bələdiyyə seçkilərində fəal iştirak ettiklərinə görə öz adından minnətdarlıq bildirib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən RİH başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.





Seçilən
30
1
qafqazinfo.az

2Mənbələr