AZ

“İnstpower” piramidasının Azərbaycandakı rəhbərinə 8 il həbs verildi

Azərbaycanda məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan “İnstpower” piramidasının ölkədəki nümayəndəsi 1998-ci il təvəllüdlü Orxan Babayev cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, O.Babayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham edilib.

Bildirilib ki, maliyyə piramidası “Powerbank biznesi”nə pul yatırmaq və bundan gündəlik qazanc əldə etmək vədi üzərində qurulub və buraya minlərlə insan qoşulub.

Cinayət işi üzrə isə 20-yə yaxın şəxs zərərçəkmiş qismində tanınıb. Onlara 256 min manatdan artıq zərər dəydiyi qeyd edilib.

Seçilən
44
3
publika.az

10Mənbələr