AZ

AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzi ilk solo uçuşunu həyata keçirdi

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Uçuş Heyətinin Hazırlığı Mərkəzi ilk solo uçuşunu həyata keçirib. 

Demokrat.az bu barədə AZAL-a istinadən xəbər verir. 

Məlumata görə, "Cessna 172S" təyyarəsində keçirilən son təlimlərdən sonra stajçı-pilot Həmid Səmədzadə ilk solo uçuşunu uğurla yerinə yetirib. 

Qeyd edək ki, AZAL-ın Uçuş Heyətinin Hazırlığı Mərkəzi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən rəsmi olaraq təsdiqlənmiş təlim təşkilatı statusu qazanıb. Bu mərkəz MAA mühəndis-pilot tələbə və məzunları üçün ən müasir təlim proqramlarını təqdim edərək gələcəyin pilotlarını yetişdirir. 
 
Hazırda 10 MAA məzunu Qəbələ Hava Limanında praktiki uçuşlarını davam etdirir. Təlim çərçivəsində stajçı-pilotlar 13-cü uçuş tapşırığını tamamladıqdan sonra solo uçuş icazəsi alırlar. 

Seçilən
58
12
demokrat.az

10Mənbələr