Rusiya prezidenti Vladimir Putin “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlama verməyi planlaşdırmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya prezidentinin AZAL-ın təyyarə qəzası ilə bağlı bəyanatla çıxış etməyi planlaşdırmadığını qeyd edib.