Bakı. Trend:
Kreml Bakıda “Rus evinin” bağlanmasına təəssüflənir.
Trend xəbərverir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentininmətbuat katibi Dmitri Peskov bildirib.
“Biz bununla əlaqədar təəssüf edirik. Hesab edirik ki, bu,nizamlanması mümkün olacaq bir anlaşılmazlıqdır”, - deyə obildirib.
Peskov əlavə edib ki, Rusiya tərəfi ənənəvi xoş münasibətlərirəhbər tutaraq mövcud situasiyanı Bakı ilə dialoq yolu ilə həlledəcək.
Xatırladaq ki, fevralın 6-da Azərbaycan Rusiya tərəfindənBakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması haqda notagöndərib.
"Azərbaycan Respublikası ərazisində bu kimi təşkilatlarınfəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılılıqprinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqlarıntələblərinə uyğun olaraq tənzimlənir".
"Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığıvə təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğubarədə Rusiya tərəfinə məlumat verildikdən sonra, 3 fevral 2025-ciil tarixində "Rus evi"nin fəaliyyətinə xitam verilməsi barədəRusiya tərəfinə nota göndərilib.
Bununla Azərbaycan tərəfinin ölkəmizdə "Rus evi"nin fəaliyyətinəxitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindənbu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir", -deyə Azərbaycan XİN mətbuat katibi Ayxan Hacızadə bildirib.