Olaylar.az xəbər verir ki, bu barədə politoloq Aydın Quliyev şərh edib.
O bildirib ki, Qəzza nə İsrailin, nə də ABŞ-ın torpağıdır.
"Qəzza, 1947-ci il BMT qətnaməsinə görə, Fələstin dövlətinə verilmiş ərazinin bir hissəsidir. Qəzza, uzunluğu 41 kilometr, eni isə 20 kilometr olan bir ərazidir. 1948-ci ildəki İsrail-Ərəb müharibəsində Misir tərəfindən ələ keçirilmiş, 1967-ci ildə isə İsrail tərəfindən işğal olunmuşdur. 2005-ci ilə qədər İsrailin nəzarətində olan Qəzza 2006-cı ildə HƏMAS-ın parlament seçkilərini udmasından sonra Fələstin tərəfi tərəfindən idarə edilməyə başlanıb.
İsrailin Qəzzanı ABŞ-a təhvil vermə planları 1967-2005-ci illər arasında İsrailin Qəzzanı işğal etdiyi dönəmdən sonra bölgənin gələcəyinə dair yeni bir mərhələnin başlanğıcını işarə edir. Qəzzanın ABŞ-a veriləcəyi təqdirdə onu geri almaq üçün dünya güclərinin müdaxiləsi mümkün olarmı? İsrailin bu addımı Qəzzanın gələcəyinə dair daha geniş suallar doğurur". (Milli.az)