“NBC News”un məlumatına görə, Alyaska əyalətinin Unalakleet şəhərindən havaya qalxan “Cessna 208B Grand Caravan” tipli təyyarə planlaşdırılan vaxtda təyinat nöqtəsi Nome’ye eniş etməyib.

İndex.az xəbər verir ki, göyərtəsində 9 sərnişin və bir pilotun olduğu bildirilən təyyarə ilə bağlı axtarış əməliyyatına başlanıldığı bildirilib.

Nome Xilasetmə İdarəsi bölgədəki sahil mühafizə qruplarına məlumat verildiyini və quruda axtarış işlərinin aparıldığını açıqlayıb. Yanğınsöndürmə rəsmiləri bildiriblər ki, şiddətli qış şəraiti ilə əlaqədar görmə qabiliyyətinin az olduğu ərazilərdə insanları və obyektləri aşkar edə bilən avadanlıqla təchiz edilmiş “C-130” tipli sahil mühafizə təyyarəsi bölgə üzərindən uçacaq.

Ankoricdəki Elmendorf Hava Qüvvələri Bazasının da uçuş dəstəyi göndərdiyini qeyd edən səlahiyyətlilər, qrupların Nome-dən Topkoka qədər bütün sahil xəttini skan etdiyini bildirdi. Səlahiyyətlilər, təyyarə tapılana qədər axtarışların mümkün qədər çox istiqamətdə genişləndiriləcəyini bildirdi.

Berinq Hava Əməliyyatları Direktoru David Olson bildirib ki, təyyarə yerli vaxtla saat 14.37-də Unalakleetdən havaya qalxıb.