AZ

Azərbaycanda tam xarici kapitallı özəl banklar kreditləşməni 18% artırıb

2025-ci ilin yanvarın 1-nə Azərbaycanda 100% xarici kapitallı özəl banklarda kreditləşmə 2 milyard 407,4 milyon manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Kredit portfeli aylıq müqayisədə 22,7 milyon manat (1%), illik müqayisədə 330,9 milyon manat (15,9%) böyüyüb.

100% xarici kapitallı özəl bankların ümumi kreditlərdə payı bu ilin yanvarın 1-nə 8,2%, ötən ilin dekabrın 1-nə 8,2%, yanvarın 1-nə isə 8,7% təşkil edib.

Qeyd edək ki,özəl bankların cəmi kredit portfeli ötən ilin dekabr 1-nə 2 milyard 384,7 milyon manatın, yanvarın 1-nə 2 milyard 76,5 milyon manat  təşkil edib.

Seçilən
34
2
fed.az

3Mənbələr