“Kreml Bakıda “Rus Evi”nin bağlanmasını anlaşılmazlıq hesab edir”.
Viral.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Kreml vəziyyətin nizamlanacağına ümid edir: “Təəssüflənirik və bunun nizamlana bilən anlaşılmazlıq olduğunu hesab edirik. Bu məsələni həmkarlarımızla müxtəlif səviyyələrdə müzakirə edəcəyik və bu məsələnin dövlət başçıları səviyyəsində qaldırılacağını istisna etmirik”.
Son Yazılar:
- Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair AÇIQLAMA
- Kremldən Bakıdakı “Rus Evi”nin bağlanmasına dair açıqlama
- Əməkdar artist işdən ÇIXDI
Peskov vurğulayıb ki, Moskva bu məsələləri Bakı ilə olan ənənəvi mehriban münasibətləri rəhbər tutaraq dialoq vasitəsilə həll edəcək.