AZ

Ukrayna göndərilən humanitar yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

Image

Ukrayna göndərilən humanitar yardıma görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edir.

Trend xəbər verir ki, bunu Azərbaycanın Ukraynaya növbəti humanitar yardımın göndərilməsi zamanı bu ölkənin Azərbaycandakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klinçenko bildirib.

“Ukrayna dövləti və Ukrayna xalqı Ukrayna üçün nəzərdə tutulan layihə çərçivəsində göstərilmiş növbəti humanitar yardım partiyasına görə Azərbaycana, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin təşəkkürünü ifadə edir”, - deyə Klinçenko bildirib.

O, həmçinin, qeyd edib ki, ölkələr arasında münasibətlər möhkəm dayaqlara söykənir. Azərbaycan və Ukraynanın ortaq hədəfləri var: regional sabitliyi və sülhü təmin etmək və inkişaf etdirmək.

Bundan başqa, Klinçenko vurğulayıb ki, ölkələr arasında iqtisadi və ticari əməkdaşlıq inkişaf etməyə davam edir və həm Azərbaycana, həm də Ukraynaya əhəmiyyətli mənfəət gətirir.





Seçilən
34
5
baki-xeber.com

6Mənbələr