AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Lənkəran-Astara regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Leyla Məmmədova- Lənkəran şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi;
2.Məhərrəmov Eldəniz Sabir –Cəlilabad şəhər 7 nömrəli tam orta məktəbin Tarix müəllimi;
3.Nuriyev Xəzər Əlibaba –Masallı rayon Sığdaş kənd tam orta məktəbində Coğrafiya müəllimi;
4.Emil Bayramov-Masallı rayonu Qəriblər kənd tam orta məktəbinin Fizika müəllimi;
5.Məmmədov Ümid Canəli-S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin Biologiya müəllimi;
6.Rəhmətov Gülağa Hüseynverdi –Lerik rayonu Anbu kənd tam orta məktəbinin İbtidai sinif müəllimi;
7.Mehtiyev Tural Cavid-Cəlilabad rayon S.Əsədov adına Əliqasımlı kənd tam orta məktəbdə Coğrafiya müəllimi;
8.Ələkbərli Aynur Hikmət – Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbində Coğrafiya müəllimi;
9.Məmmədova Nərmin Hamlet-Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyada Azərbaycan dili və ədəbiyyat müəllimi;
10.İbrahimov İman İldırım-Lənkəran rayon Viyən kənd tam orta məktəbində Tarix müəllimi.