AZ

Növbəti maarifləndirici tədbir keçirilib

Naftalan Şəhər Polis Şöbəsinin və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naftalan şəhər Z.Rüstəmov adına  Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində  “Narkomaniya, kiber cinayətkarlıq və erkən nikahın fəsadları” mövzularında maarifləndirici tədbir keçirilib.

Tədbirdə şəhər Polis Şöbəsinin rəisi Zaur Bədəlov, ŞİH-nin, ŞPŞ-nin məsul əməkdaşları, valideynlər, şagirdlər, pedaqoji kollektiv iştirak edib.

Polis rəisi mövzunun aktuallığından geniş bəhs edərək narkotik vasitələrin, zərərli vərdişlərin insan sağlamlığına yaratdığı fəsadlar, kiber cinayətkarlıqla mübarizəyə qarşı polis orqanları tərəfindən aparılan qətiyyətli mübarizədən və əldə olunan nəticələrdən  söhbət açaraq  yeniyetmə və gəncləri narkomaniya və digər zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

Digər çıxış edənlər uşaq hüquqlarının müdafiəsi, sosial problem olan erkən nikahın qarşısının alınmasının hər zaman dövlətimizin qarşısında duran prioritet məsələ olduğunu qeyd ediblər. Erkən yaşda ailə qurmağa məcbur etmənin, zorakılıqla yanaşı hüquqi baxımdan məsuliyyət yaratdığını diqqətə çatdırıblar.

Görüşdə həmçinin ali təhsil almaq arzusunda olan şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, kursantların sosial təminatları, imtiyazları barədə, ətraflı məlumatlar verilib.

Seçilən
38
naftalan-ih.gov.az

1Mənbələr