Braziliyanın San-Paulu şəhərində kiçik təyyarə qəzaya uğrayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəza baş vermiş ərazidə çoxlu nəqliyyat vasitələrinin və insanların olduğu bildirilib.
Qəza King Air F90 model təyyarəsi havaya qalxdıqdan 5 dəqiqə sonra təcili eniş etmək istəyərkən baş verib.
İlkin məlumata görə, təyyarə küçədə avtobusa çırpılıb. Televiziya görüntüləri qəzadan sonra yanğının başladığını göstərir.
Yanğınsöndürmə qrupları mümkün itkilər barədə məlumat verməyib.
Oksana