AZ

"Azərişıq" ASC-nin 10 ildə gördüyü işlər açıqlanıb

Zəngilan.Trend:

İstehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilətəmin olunması, elektrik enerjisi itkilərinin minimumaendirilməsini hədəfləyən “Azərişıq” ASC 10 fevral 2015-ci ildən,yəni yarandığı gündən Prezident İlham Əliyevin tapşırıqlarınaəsasən paytaxtda və regionlarda, eləcə də torpaqlarımız işğaldanazad olunandan dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bir sırauğurlu layihələrə imza atıb.

Trend xəbər verir ki, bunu bugün Zəngilanda media nümayəndələri üçün keçirilən brifinqdəAzərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru ArazMəmmədzadə deyib.

O qeyd edib ki, "Azərişıq” ASC fəaliyyət göstərdiyi 10 ilmüddətində qazandığı uğurlarla ölkənin dayanıqlı iqtisadiinkişafına və sosial rifahına töhfəsini verib.

“Müasir texnologiyalar və ən son innovativ yeniliklərin tətbiqiqurum tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkləyanaşı, həm də vətəndaş məmnunluğununun artmasına şəraityaradıb.
“Azərişıq” ASC tərəfindən son 10 il ərzində ölkə üzrə həyatakeçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 minkm uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləriçəkilib, 30 min km-ə yaxın mövcud elektrik veriliş xətləri yenisiilə əvəz olunub, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luqyarımstansiya inşa edilib, 7 min ədəd yeni transformator məntəqəsiquraşdırılıb. Həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazlarıilə əvəz olunub. Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən2 milyon 993 minə, quraşdırılan smart sayğacların sayı 386 mindən 1milyon 120 minə yüksəlib. “Azərişıq” ASC-nin həyata keçirdiyiuğurlu strategiyanın nəticəsində şəbəkənin qoyuluş gücündə dəəvvəlki illərlə nisbətdə xeyli artım müşahidə olunub. Təkcə ötən 1ildə bu rəqəm 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.

Son 10 ildə Rəqəmsal İdarəetmə Mərkəzləri və SCADA sistemlərinintətbiqi ilə şəbəkələrin dayanıqlılığı və etibarlılığı xeyli artıb.Hazırda ölkədə bu sistem vasitəsilə idarə olunan 34 yarımstansiyamövcuddur.

“Azərişıq” ASC maliyyə idarəetməsinin və xidmət keyfiyyətinindavamlı təkmilləşdirilməsi nəticəsində də 10 il ərzində uğurlunəticə göstərib, enerji yığımı göstəricisi 80 %-dən 97,6 %-əyüksəlib, texniki itki göstəriciləri 13,9 %-dən 8,5 %-ə endirilib.Bu ilin sonunadək texniki itkilərin daha 0,2 % azaldılaraq 8,3 %-əçatdırılması proqnozlaşdırılır”, - deyə o qeyd edib.

Məqalədə:
Seçilən
17
2
az.trend.az

2Mənbələr