AZ

“Apple” gələn həftə yeni “iPhone SE”-ni təqdim edəcək

15:28 07.02.2025
15:28 07.02.2025

“Apple” şirkəti yeni “iPhone SE”-ni təqdim etməyə hazırlaşır - yenilənmiş büdcə smartfonu gələn həftənin əvvəlində debüt edə və fevralın sonuna qədər satışa çıxa bilər.

Mynews.az xarici mediaya istinadla xəbər verir ki, yeni “iPhone 14” və A18 çipinin dizaynını alacaq.

“Bloomberg” nəşrinin məlumatına görə, smartfon həmçinin “Apple Intelligence” süni intellekt dəstəyi alacaq.

Cihazda “Home” düyməsi olmayacaq. Bu da onu əvvəlki SE modellərindən nəzərəçarpacaq dərəcədə fərqləndirəcək.

Hazırda “Apple” yeni məhsulun dəyərini açıqlamır. “iPhone SE”-nin (3-cü nəsil) hazırkı versiyasının qiyməti 429 dollardır, lakin yenilənmiş dizayn və yeni funksiyalara görə qiymət 500 dollara qədər qalxa bilər.


Seçilən
44
9
mynews.az

10Mənbələr