AZ

Araz Məmmədzadə: "İşğaldan azad olunmuş ərazilərdə yeddi ədəd EDM quraşdırılıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Son bir il ərzində, xüsusən ötən il noyabrın 11-dən 22-dək ölkəmizdə keçirilən COP29 ərəfəsində paytaxtda və regionlarda, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji ilə dəstəklənən enerjidoldurma məntəqələri (EDM) quraşdırılaraq dayanıqlı elektrik enerjisi ilə təmin edilib".
Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, Bakı şəhəri və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb.
"Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağ istirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və proqram təminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm də alternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib", - deyə o bildirib.
Aləmdə Nəsib
Seçilən
14
oxu.az

1Mənbələr