AZ

Bir evin həyətindən 102 zəhərli ilan ÇIXARILDI

Avstraliyada bir evin həyətində 102 zəhərli ilan tapılıb.

Medianews.az xəbər verir ki, hadisə Sidney şəhərində baş verib.

İtini ilan sancdıqdan sonra ev sahibi həyətində bir neçə ilan görüb və sürünən xilasetmə qrupu çağırıb.

Hadisə yerinə gələn qrupu ot tayasında onlarla ilan tapıb. Onlar ilanları çıxararkən 4 ilan onların qoyduğu çantada bala verib. İşçilər, yeni doğulmuş 97 ilanla birlikdə, toplamda 102 ilanı təbiətə burxarıblar.

Sürünən xilasetmə şirkətinin sahibi Cory Kerewaro aşkarlanan qırmızı qarınlı qara ilanların zəhərli bir növ olduğunu söyləyib.

Kerewaro, bunun normal olaraq gündə 5-15 sürünən tutan komandalar üçün rekord rəqəm olduğunu söyləyib.

Medianews.az

Seçilən
65
medianews.az

1Mənbələr