Ötən gün Maliyyə naziri təyin olunan Sahil Babayevi kimin əvəzləyəcəyi hazırda ən çox maraq doğuran suallardan biridir.
Viral.az xəbər verir ki, yenisabah.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bundan sonra kimin rəhbərlik edəcəyini öyrənə bilib.
Məlum olub ki, Sahil Babayevin xələfi kənar şəxs deyil. Məlumatlı şəxs hazırda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini postunu tutan Anar Əliyevin Sahil Babayevin yerinə təyin olunacağını bildirib.
Son Yazılar:
- Sahil Babayevin yerinə o təyin OLUNACAQ
- Azərbaycanlı gənc Polşada qəzada öldü
- Gün batmadan evinizə dönün – Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ
Qeyd edək ki, Anar Əliyev əvvəllər Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri vəzifəsində çalışıb. O, Prezident İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli sərəncamı ilə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Evlidir, 2 övladı var.