AZ

BSU-nun beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri təhlil edilib

Bakı, 7 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetinin Kitabxana Resurs İnformasiya Kompleksində ali məktəbin rəqəmsallaşma və beynəlmiləlləşmə strategiyaları üzrə fəaliyyətinə dair müzakirə keçirilib.

Bu barədə AZƏRTAC-a BSU-dan məlumat verilib. Bildirilib ki, “Rəqəmsal BSU” layihəsi çərçivəsində müəllim və tələbə modullarının pilot tətbiqinin uğurlu nəticələri nəzərə alınaraq, onların digər fakültələrdə də tətbiqi qərara alınıb. Görüşdə BSU-nun beynəlxalq layihələrdə iştirakı, qlobal reytinqlərdə mövqeyi və beynəlmiləlləşmə siyasətinin inkişaf perspektivləri də təhlil edilib.

Seçilən
17
5
azertag.az

6Mənbələr