AZ

İtkinlərin taleyi: Beynəlxalq ədalət nə vaxt təmin olunacaq? – ÖZƏL

Münaqişələrin ən ağır nəticələrindən biri itkin düşmüş insanların taleyidir. Bu insanlar yalnız ailələri üçün deyil, bütövlükdə cəmiyyət üçün sağalmayan bir yaradır. Onların taleyi aydınlaşdırılmadan nə ədalət tam bərpa oluna, nə də sülh dayanıqlı ola bilər. Təəssüf ki, beynəlxalq hüquq bu məsələdə hər zaman eyni həssaslıqla yanaşmır və bəzi dövlətlərin törətdiyi cinayətlər cəzasız qalır. Azərbaycan illərdir itkin düşmüş vətəndaşlarının taleyinin aydınlaşdırılmasını tələb etsə də, qarşı tərəfdən adekvat cavab almaq mümkün olmur. 

Mövzu ilə bağlı Olaylar.az-a danışan siyasi şərhçi Əliqismət Bədəlov bildirib ki, ermənilərin illərdir Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər humanizm prinsiplərindən kənardır.

"1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü əsassız ərazi iddiaları və həyata keçirdiyi işğal faktı bizim ölkəmizə çox baha başa gəlmişdir. İlk növbədə ölkəmiz silahlı münaqişəyə cəlb edilmiş və bunun da nəticəsində genişmiqyaslı humanitar fəlakətlə üzləşmişdir. Münaqişə davam etdiyi müddətdə Ermənistan silahlı birləşmələri tərəfindən etnik təmizləmə və soyqırımı cinayətləri törədilmiş mülki azərbaycanlı əhali kütləvi şəkildə faciəli şəkildə qətlə yetirilmiş, əsir, girov götürdükdən sonra dəhşətli işgəncələrə məruz qalmışdır. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu vəhşilik humanizm prinsiplərindən xeyli kənardır. Bütün bu hallar çoxlu sayda soydaşımızın itkin düşməsinə və taleyinin bu günə kimi də qeyri müəyyən qalmasına səbəb olmuşdur".

 Siyasi şərhçi qeyd edib ki, Ermənistan, belə deyək, dırnaqarası müstəqillik əldə etdikdən sonra daim beynəlxalq humanitar hüquqlarından irəli gələn öhdəlikləri kobud şəkildə pozub və bu gün də pozmaqda davam edir.

"Təəssüf edirik ki, əsas fəaliyyətlərini Azərbaycanda nöqsan axtarmaqdan və milçəkdən fil düzəltməkdən ibarət olan beynəlxalq təşkilatlar hələ də Ermənistana nazil oynayır. Onların beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozmasına laqeyd yanaşır və ikili standartlarını davam etdirir. İtkin düşmüş soydaşlarımızın taleyi və kütləvi məzar haqqında məlumatların bu vaxta qədər Azərbaycan tərəfinə təqdim etməmələri barədə ciddi tədbir görülməyib və bununla əlaqədar beynəlxalq humanitar təşkilatlar hər hansı bir sanksiya tətbiq etmir. Ermənistan tərəfi çox yaxşı bilir ki, itkin düşmüş azərbaycanlıların taleyi və kütləvi məzarlıqları barədə dəqiq məlumat versələr, onların törətdiyi hərbi cinayətlərin, vəhşiliklərini, qeyri-insani hisslərin üstü açılacaq, itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına pis təsir edir".

Əliqismət Bədəlov xalqımıza qarşı törədilən vəhşiliklər nəticəsində itkin düşmüş şəxslərin sayı, kimlikləri barədə məlumatları da vurğulayıb.

"Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 3968 nəfər itkin düşmüş şəxs kimi hazırda qeydiyyata alınmışdır. Girovlar barəsində bu günə qədər hər hansı bir məlumatın verilməməsi beynəlxalq təşkilatların, demək olar ki, Ermənistana göstərdiyi dırnaqarası qayğının nəticəsidir. Bu gün beynəlxalq təşkilatların qarşıya qoyduğu əsas vəzifələrdən biri Azərbaycanda nöqsan axtarmaq və həmin nöqsanı hədsiz dərəcədə şişirtməkdir. Ancaq Ermənistanın girov götürdüyü və bu günə kimi onların məzarları barəsində məlumat verməmələri barədə heç bir tədbir görülmür. Bu, beynəlxalq təşkilatların Ermənistana tərəfkeşinin birinci halı deyil. Biz zaman zaman müşahidə etmişik ki, beynəlxalq təşkilatlar, əksərən beynəlxalq təşkilatlar Ermənistanın bütün törətdiyi vəhşilikləri ör məşğul olur və bunun nəticəsidir. Bu gün nəticəsidir ki, bu gün girov götürülən şəxslər barəsində heç bir məlumat verilmir".

Müsahibimiz bildirib ki, Ermənistanın əsir və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməməsi bu gün regionda sülh müqaviləsinin bağlanmasında da ciddi problem yaradır. 

"Bu məsələdə beynəlxalq təşkilatların laqeyd münasibəti Ermənistanın öz vəhşiliyini davam etdirməsinə sanki bir rəvac verir. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
26
olaylar.az

1Mənbələr