Zəngilan. Trend:
Son bir ildə ölkə ərazisində quraşdırılan enerjidoldurmaməntəqələrinin (EDM) sayı açıqlanıb.
Trend xəbərverir ki, bu barədə "Azərişıq” ASC-nin Tədris və İnnovasiyalarMərkəzinin direktoru Araz Məmmədzadə Zəngilanda keçirilən brifinqzamanı məlumat verib.
O bildirib ki, Bakı şəhəri və ətraf ərazilərdə 22, İşğaldan azadolunmuş ərazilərdə 7, digər regionlarda 15 EDM quraşdırılıb.
"Bir ədəd 60 kVt-lıq EDM məntəqəsinin Qusar şəhərində Şahdağistirahət kompleksi yolunda quraşdırılması yekunlaşıb və programtəminatına inteqrasiyası həyata keçirilir. Görülən işlər həm dəalternativ enerji mənbələrinin inkişaf etdirilməsinə hədəflənib",-deyə o əlavə edib.