AZ

Konqoda qaçan məhbuslar 160-dan çox qadını zorlayıb və diri-diri yandırıblar

Konqonun Qoma şəhərində həbsxanadan qaçan kişilər binanın qanadında 160-dan çox qadın məhbusu zorlayıb və sonra diri-diri yandırıblar.

BBC-nin BMT-nin daxili sənədinə istinadən verdiyi məlumata görə, insident yanvarın 27-də Muntsenze həbsxanasından üsyançı qruplaşmanın 23 Mart Hərəkatı (M23) tərəfindən törədilən hücum nəticəsində bir neçə min məhbusun qaçmasından sonra baş verib.

BMT-nin məlumatına görə, 165-167 qadın zorlanıb, bundan sonra həbsxana yandırılıb. Xəbərdə qadınların əksəriyyətinin yanğında öldüyü qeyd edilib.

İnternetdə insanların atəş və şiddətli atışma arasında qaçdığını əks etdirən videolar yayılıb. Lakin BMT sülhməramlıları M23 yaraqlılarının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən faciə yerinə gələ bilməyiblər.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
56
oxumeni.az

1Mənbələr