Bakı, 7 fevral, AZƏRTAC
Braziliyanın San-Paulu şəhərində yüngül mühərrikli təyyarənin avtomobillərə çırpılması nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Reuters” yerli yanğınsöndürmə xidmətinə istinadla məlumat yayıb.
15:30
Braziliyanın San-Paulu şəhərində yüngül mühərrikli təyyarə avtomobillərə çırpılıb.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidməti məlumat yayıb.
İtkilər barədə məlumat açıqlanmayıb.