AZ

Bu serial 22 ildən sonra geri dönür

1997-2003-cü illər arasında yayımlanan və böyük bir pərəstişkarı olan “Buffy the Vampire Slayer” serialı 22 illik fasilədən sonra geri dönür.

Medianews.az xəbər verir ki, aktrisa Sarah Michelle Gelları ikonik “Buffy Summers” rolu canladıracaq.

O, serialın geri dönüşü ilə bağlı açıqlama verib: “Mən həmişə pərəstişkarları dinləmişəm və “Buffy” və onun dünyasına yenidən baxmaq istəyinizi eşitmişəm, lakin bunu düzgün edəcəyimizə əmin olmadan edə biləcəyim bir şey deyildi. Bu uzun bir prosesdir və hələ bitməyib. Sizə söz verirəm, biz bu seriyanı ancaq düzgün edə biləcəyimizi bilsək edəcəyik. Bunu soruşmağı dayandırmayan bütün azarkeşlərə təşəkkür edirəm. Bu sizin üçün olacaq”.

Oskar mükafatlı rejissor Chloe Zhao serialın pilot epizodunu idarə çəkəcək. Ssenari Nora və Lilla Zukerman tərəfindən yazılacaq.

Medianews.az

Seçilən
17
1
medianews.az

2Mənbələr