1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
2024-cü ildən ölkədə tibbi məlumatların şəffaf, effektiv və əlçatan olması məqsədilə elektron resept sisteminin tətbiqinə başlanılıb. Yəni, həkimlər pasientlərin istifadəsi üçün yazdığı dərmanların adlarını və istifadə qaydalarını təkcə kağız blanklarda yox, həm də elektron qaydada qeyd edə bilirlər.
Vətəndaşlar isə onlara verilən kodu aptekə təqdim etməklə preparatları əldə edirlər. Rəqəmsallaşma sahəsində atılan bu addım təqdirəlayiq olsa da, mənfi tərəfləri də var.
"Mənə elektron resept rahat deyil. Dünən dörd saat növbədə gözlədim. Həkimin fikri ancaq kompüterdə qalır, xəstəni yoxlaya bilmir", - deyə sakin Baku TV-nin keçirdiyi sorğu zamanı narazılığını bildirib.
Əczaçılar isə deyirlər ki, elektron reseptlə müraciət edən vətəndaşların sayı azdır.
"Elektron reseptlərin yoxlanılması zamanı heç bir mənfi halla rastlaşmamışam. Kodu proqrama daxil edirik və resept problemsiz şəkildə açılır, hansı həkim və xəstəxana tərəfindən yazıldığı da aydın görünür", - deyə əczaçı Səidə Pənahova söyləyib.
Rəqəmsal Səhiyyə Mərkəzindən bildirilib ki, nazirliyin tərkibində olan bütün tibb müəssisələrinə elektron reseptin təyin edilməsi ilə bağlı xəbərdarlıq edilib.
O da əlavə edilib ki, elektron reseptin təyin edilməməsinə görə gələcəkdə cərimələr tətbiq oluna bilər.
Daha ətraflı videomaterialda: