Biləsuvar rayonunda Azərbaycanın şəhid Milli Qəhrəmanı Mübariz İbrahimovun anım mərasimi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, doğum günündə qəhrəmanın ailəsi və ev muzeyi ziyarət olunub.
Ziyarətdə rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər iştirak edib.
Mərasimdə M.İbrahimovun torpaqların müdafiəsi zamanı göstərdiyi şücaətlə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdiyi vurğulanıb.