AZ

"Neftçi"nin təmiri davam edən Futbol Mərkəzindən FOTO

"Neftçi" Futbol Mərkəzinə jurnalistlər üçün media tur təşkil olunub.

İdman.biz-in"Report"-a istinadən xəbərinə görə, mərkəz barədə jurnalistlərə ətraflı məlumat verilib.

Hazırda təmiri davam edən idman obyektinin birinci mərtəbəsi tam olaraq istifadəyə hazırdır. Digər mərtəbələrin ilin sonunadək tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, “Neftçi” PFK ilə “International Holding Company”yə (IHC) məxsus olan “Palms Sports” arasında bu gün 5 illik sponsorluq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən şirkət Futbol Mərkəzinin adlandırma hüquqlarını da əldə edib.

İdman.biz

Seçilən
29
1
idman.biz

2Mənbələr