AZ

İnam Yusifov: "Elektrik şəbəkəsinə qoşulma müddəti 20 günə endirilib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2017-ci illə müqayisədə "Azərişıq" ASC-nin "ASAN xidmət" mərkəzlərində səkkiz il ərzində vətəndaşlara göstərilən xidmətlərin sayı səkkizdən 18-ə çatdırılıb".
Oxu.Az-ın Şərqi Zəngəzura ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Zəngilanda keçirilən brifinqdə "Azərişıq" ASC-nin "ASAN xidmət"lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov deyib.
O bildirib ki, əvvəl yeddi prosedurla aparılan müraciətlər bu gün, sadəcə, iki prosedurla yekunlaşır:
"Nəticədə şəbəkəyə qoşulma müddəti 41 gündən 20 günə endirilib. Hazırda "Azərişıq" ASC-nin 15 elektron xidməti mövcuddur və bu xidmətlər vasitəsilə vətəndaşlar prosedurları onlayn şəkildə idarə edə bilirlər. Ötən il sahibkarlıq subyektlərinin 53.4%-i elektron şəkildə müraciət edib".
Aləmdə Nəsib
Seçilən
15
oxu.az

1Mənbələr