Fici adalarının cənubunda 6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ABŞ-ın Geoloji Xidməti məlumat verib. Bildirilib ki, zəlzələnin episentri 59,2 kilometr dərinlikdə olub.
Sunami xəbərdarlığı olmayıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.