AZ

Orta əməkhaqqı yenidən artıb - RƏQƏM

Azərbaycanda orta əməkhaqqı yenidən 1000 manatı keçib.

"BAkuinfo" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin ilkin məlumatlarına əsasən ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Qeyd edək ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfərdir. Onların 895,7 min nəfəri qeyri-dövlət sektorunda, 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışıb.

Seçilən
41
42
bakuinfo.net

10Mənbələr