Bakı və Sofiya maliyyə-bank sahəsində əməkdaşlığı genişləndirəcəklər
Azərbaycan və Bolqarıstan maliyyə-bank sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkil edilməsi barədə razılıq əldə ediblər.
“Report” xəbər verir ki, bu razılıq Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovun Bolqarıstanın maliyyə naziri Temenujka Petkova ilə görüşündə əldə edilib.
"Bolqarıstanın maliyyə naziri Temenujka Petkovayla görüşməkdən şad oldum. Maliyyə-bank sahəsində, pul-kredit və büdcə siyasətində Azərbaycan-Bolqarıstan əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi apardıq. Biz iki ölkənin müvafiq nazirlikləri, eləcə də maliyyə qurumları arasında qarşılıqlı səfərlərin təşkili və təcrübə mübadiləsi barədə razılığa gəldik", - diplomat yazıb.
I was delighted to meet with Mrs. Temenuzhka Petkova, Minister of Finance of Bulgaria. Exchanged views on enhancing cooperation in finance, banking, monetary and budget policy. Agreed on mutual visits and exchange of experiences between the respective ministries and… pic.twitter.com/2nEitZybMP