AZ

Birinci Liqa: 13-cü turun son günündə 2 heç-heçə

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Baku Sporting” – “Zaqatala” matçında qapılara qol vurulmayıb. “Mingəçevir” – “Qaradağ Lökbatan” oyununda isə komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Birinci Liqa
13-cü tur
6 fevral

MOİK – “Cəbrayıl” 2:1
Qollar: Ramil Orucov, 51. Cavid Tağıyev, 70 – Zeynəddin Abdurahmanov, 24.
Hakimlər: Ruslan Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Əmrahov, Namiq Bəkirov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“İmişli” – “Karvan” 2:0
Qollar: Elmir Rəhimzadə, 58. Oluvasen Timilehin, 67.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Asif Abdullayev, Niyaz Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Heydər Əliyev adına İmişli şəhər stadionu, 14:30.

“Difai” – “Qəbələ” 0:1
Qol: Domi Massumo, 64.
Hakimlər: Şamil İmanzadə, Aydın Bəxşiyev, Elman Kərimov, Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:30.

7 fevral

“Baku Sporting” – “Zaqatala” 0:0
Hakimlər: İslam Məmmədov, Vüqar Bayramov, Elmin Süleymanov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Binə qəsəbə stadionu, 14:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 1:1
Qollar: Gülağa Əsədov, 11 – Bahadur Həziyev, 40.
Hakimlər: Murad Səlimov, Orxan İbişov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

Seçilən
73
2
arena.az

3Mənbələr