AZ

“Azərişığ”ın işğaldan azad edilmiş ərazilərdə abonentlərinin sayı açıqlanıb

Azərbaycanın işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur.

Hazırda Azərbaycanın işğaldan azad edilən ərazilərində “Azərişıq” ASC-nin 5 097 abonenti mövcuddur.

Operativ Media xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev Zəngilanda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun 4 182-si əhali qrupuna, 915-i isə qeyri-əhali qrupuna daxil olan abonentlərdir: “İşğaldan azad edilən ərazilərdə abonentlərin sayı mütəmadi olaraq artır. “Azərişığ”ın bu istiqamətdə gördüyü işlər durmadan davam etdirilir”.

Seçilən
60
7
operativmedia.az

10Mənbələr