İstanbulda yanvarın ortalarından saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan tibb müəssisələrinə müraciət edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NTV telekanalına İstanbul valisi Davut Gül məlumat verib.
"Yanvarın 14-dən fevralın 6-dək İstanbulda saxta içki qəbulundan 70 nəfər ölüb, 150-dən çox insan xəstəxanalara tibbi yardım üçün müraciət edib. Alkoqollu içkilərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar çərçivəsində 190 nəfər saxlanılıb, onlardan 11-i müvafiq cinayət işləri çərçivəsində həbs edilib", - o bildirib.
Valinin sözlərinə görə, İstanbul polisinin keçirdiyi əməliyyatlar çərçivəsində 86 min litrdən çox metil və etil spirti müsadirə edilib.