AZ

Modriçin gələcək planları bəlli oldu

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç aqibətinin necə olacağı futbolsevərləri maraqlandıran əsas məsələlərdən biridir. 

Fanat.Az AS nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı Luka "Kral klubu"nda daha bir mövsüm keçirmək istəyir.

Xəbərə görə, təcrübəli ulduz az oynasa belə, Madrid təmsilçisində özünü xoşbəxt hiss edir. Mənbə onun 2026-cı ildə keçiriləcək dünya çempionatında da iştirak etmək niyyətində olduğunu vurğulayıb.

Qeyd edək ki, Modriçin "Real" ilə müqaviləsinin müddəti bu yay başa çatacaq. 2012-ci ildən İspaniya nəhənginin uğurları üçün çalışan formasını geyinən xorvatiyalı oyunçu ümumilikdə 569 matça çıxaraq 42 qol və 92 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Seçilən
24
fanat.az

1Mənbələr