AZ

Qərbi Azərbaycandan olan həndbolçu: Səbirsizliklə doğma torpaqlarımıza qayıdacağımız günü gözləyirik

Bakı, 7 fevral, AZƏRTAC

“Bütün qərbi azərbaycanlılar kimi biz də səbirsizliklə öz dədə-baba torpaqlarımıza qayıdacağımız günü gözləyirik”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında həndbol üzrə Azərbaycan millisinin kapitanı Sabir Nəzərəliyev deyib.

Zəngəzur mahalının Mehri rayonunun Nüvədi kəndində anadan olan 39 yaşlı idmançı valideynlərinin Qərbi Azərbaycan həsrətində olduğunu söyləyib: "Valideynlərim kəndimiz barədə həmişə xoş xatirələrini bölüşürlər. Onların sözlərinə görə, Nüvədidə yalnız azərbaycanlılar yaşayırdı. Anam və atam bu kəndin füsunkar və əvəzolunmaz olduğunu deyirlər. Hər zaman orada keçirdikləri gözəl günlərdən danışırlar”.

S.Nəzərəliyev tezliklə əzəldən Azərbaycana məxsus olan Qərbi Azərbaycan torpaqlarına qayıdacaqlarına inandığını bildirib: “Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 44 gün ərzində işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu uğur xalqımızın, Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Qələbə hissini sözlərlə ifadə etmək mümkün deyil. Ümid edir və inanıram ki, bir gün biz də doğma torpaqlarımıza ayaq basacağıq. Çünki bu torpaqlarda həmişə azərbaycanlılar yaşayıblar”.

Seçilən
23
azertag.az

1Mənbələr