“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, doğma meydanda bu rəqibinə 1:0 hesabıyla qalib gəlmiş London təmsilçisi səfərdə 0:4 hesabıyla uduzaraq finala çıxmaq şansını itirib.
“Tottenhem”in yunanəsilli avstraliyalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ağır axşamdır, məyusedicidir. Biz həqiqətən oyuna qoşula bilmədik, bacardığımız kimi oynaya bilmədik, istər topla, istər topsuz. “Liverpul”un nəbzinə çox erkən girməsinə icazə verdik və təəssüf ki, bu, ixtiyari bir mərhələdə oyunu idarə edə bilməyəcəyimiz demək idi.
Biz, olduğumuz səviyyədən çox uzaq idik. Bu, yaxşı bir komandadır, indi onlar yaxşı bir dövr yaşayırlar – bütün oyunçuları formalarının zirvəsindədirlər. Odur ki, bu, bizim üçün həmişə çətin bir sınaqdır, amma əlbəttə ki, hər şeyi fərqli icra edə bilərik”, deyə Postekoqlu vurğulayıb.
Xatırladaq ki, “Liverpul” İngiltərə Liqa Kubokunun cari qalibidir.
İngiltərə Liqa Kubokunun 2024/2025-ci illər mövsümünün finalında “Liverpul” “Nyukasl”la qarşılaşacaq. Oyun mart ayının 16-da baş tutacaq.